
Şotlandiya çempionatında 38-ci turun oyunları keçirilib.
Gununsesi.info xəbər verir ki, Stiven Cerrardın baş məşqçilik etdiyi “Reyncers” “Aberdeen”lə qarşılaşıb və 4:0 hesablı qələbə qazanıb. Bununla da komanda mövsümü məğlubiyyətsiz başa vurub. Belə ki, “Reyncers” həmin 38 görüşdən 32-də qalib gəlib, 6-da isə heç-heçə edib.
Son dəfə Şotlandiya çempionatında mövsümün məğlubiyyətsiz başa vurulması 2016/17 mövsümündə qeydə alınıb. Həmin vaxt Brendan Rocersin çalışdırdığı “Seltik” 1 dəfə də uduzmayıb.
Qeyd edək ki, “Reyncers” cari mövsümün sonuna hələ 6 tur qalmış Şotlandiya çempionluğunu rəsmiləşdirmişdi.
Gununsesi.info