
Beynəlxalq Futbol Tarixi Statistikaları Federasiyası (İFFHS) ilin ən yaxşı bombardirlərini elan edib.
Gununsesi.info xəbər verir ki, siyahıda 2021-ci ilin arxada qalan 5 ayında ən çox qol vuranlar yer alıb.
İFFHS cədvəlinə “Bavariya”nın hücumçusu Robert Levandovski başçılıq edir. O, il ərzində 31 qol vurub.
Siyahıda 2-ci, 3-cü yerləri isə hərəyə 29 qolla PSJ-nin fransalı ulduzu Killian Mbappe və “Barselona”nın argentinalı hücumçusu Lionel Messi bölüşür.
Gununsesi.info