
İspaniya “Albasete” klubu ötən mövsüm yaşadığı uğursuzluqdan 18 futbolçuyla yollarını ayırıb.
Gununsesi.info xəbər verir ki, bunların arasında millimizdə 13 oyun keçirmiş 28 yaşlı dayaq yarımmüdafiəçisi Eddi İsrafilov və Ukrayna millisinin futbolçusu Roman Zozulya da var.
Eddi İsrafilov 2019-cu ilin avqustun 12-də bu klubla dörd illik müqavilə bağlamışdı.
Qeyd edək ki, “Albasete” İspaniya I divizionunu ötən mövsüm sonuncu – 22-ci sırada başa vuraraq II diviziona düşüb.