
Noyabrda ABŞ-da keçiriləcək seçkilərə dünya şöhrətli müğənni Taylor Sviftin təsir edəcəyi gözlənilir.
Gununsesi.info xəbər verir ki, bu ölkədə keçirilən rəy sorğusunda hər 5 nəfərdən 1-i Sviftin dəstəkləyəcəyi namizədə səs verəcəyini bildirib.
11 Qremmi də daxil olmaqla 500-ə yaxın mükafatın sahibi olan pop ulduzu Teylor Svift son aylarda “Time” jurnalı tərəfindən ilin adamı seçilib. Məşhur müğənninin hazırda noyabrda ABŞ-da keçiriləcək seçkilərə yön verəcəyi gözlənilir.
ABŞ-ın aparıcı media qurumlarından biri olan “Redfield & Wilton Strategies” araşdırma şirkətinin “Newsweek” üçün keçirdiyi sorğuda Teylor Sviftin fikir liderinə çevrildiyi diqqət çəkib.
Seçicilərin 18 faizi Teylor Sviftin dəstəklədiyi namizədə səs vermək üçün “daha çox” və ya “əhəmiyyətli dərəcədə daha çox” olduğunu bildirib.
Bu seçkilərdə ABŞ seçiciləri arasında 8 milyon yeni seçicinin olacağı qeyd edilərkən, çoxu məşhurlardan təsirlənən, ümumilikdə 41 milyon nəsil Z nəsli seçicisinin iştirak edəcəyi bildirilib.
Gununsesi.info