
Məşhur amerikalı model Masuimi Maks Las-Veqasdakı evində ölü tapılıb.
Gununsesi.info xəbər verir ki, 45 yaşlı modelin ölümü ilə bağlı araşdırma başlanarkən, qətl şübhəsinin olmadığı öyrənilib.
Aldıqları xəbərdən sonra polis və tibb qrupları Masuimi Maksın evinə gediblər. Qruplar məşhur modeli evində ölü tapıblar. Modelin ölümü ilə bağlı başqa təfərrüatlar paylaşılmayıb.
Karyerasına 2000-ci ildə başlayan və “Playboy”, “Maxim” və “Bizarre” kimi jurnallarda yer alaraq məşhurlaşan model bir qədər sonra isə aktrisalıqda şansını sınayıb.
Gununsesi.info