
Braziliyalı pop müğənni Dani Li qarın və kürək nahiyəsindəki piyləri götürmək və döş kiçiltmə əməliyyatı etmək üçün neştər altına girib.
Gununsesi.info xəbər verir ki, məşhur ad əməliyyat zamanı yaranan fəsadlar nəticəsində 42 yaşında həyatını itirib.
Braziliyanın Pinhais şəhərində baş tutan prosedur zamanı fəsadlar yaranıb və məşhur ad dərhal yaxınlıqdakı Kuritibadakı xəstəxanaya aparılıb. Lakin edilən müdaxilələrə baxmayaraq müğənnini xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Dani Li “Eu sou da Amazonia” (I’m from the Amazon) adlı hit mahnısı ilə Braziliyada geniş tanınıb. Amazon meşəsindəki Afua şəhərində anadan olan müğənni 5 yaşında mahnı oxumağa başlayıb. Macapada “Banda Sensaçao” adlı Braziliya pop musiqi qrupu quran müğənni uğurları ilə tez-tez xatırlanırdı.
Gununsesi.info