ABŞ-dən Ukraynaya 250 milyonluq hərbi yardım

Pentaqon Ukraynaya əlavə 250 milyon dollarlıq hərbi yardım göndərəcək.

Gununsesi.info xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən edilən yazılı açıqlamada, 250 milyon dollarlıq hərbi yardım paketində yer-hava raket sistemləri, Stinger raketləri, artilleriya sursatları, tank əleyhinə silahlar və ehtiyac duyulan digər silahların olduğu bildirilib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci ilin fevralından davam edir. Ukrayna prezidenti Vladimir Zelenski müharibə başlayandan bəri ABŞ-dan aldığı dəstəyi yeniləmək üçün səfərlərini davam etdirir.
Gununsesi.info