
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli vətəndaşları “zəruri olmadıqca” Sudana səfərlərdən çəkinməyə çağırıb.
Gununsesi.info xəbər verir ki, sözçü bu barədə X sosial media platformasında yazıb. “Sudanda təhlükəsizlik vəziyyətinin pisləşməsinə təəssüflənirik. Vətəndaşlarımıza çox zərurət olmadıqca Sudana səyahət etməməyi tövsiyə edirik”, – deyə o qeyd edib.
Sudandakı Türkiyə vətəndaşlarının Xarici İşlər Nazirliyi və Türkiyənin Xartumdakı səfirliyi tərəfindən verilə biləcək əlavə xəbərdarlıq və elanları izləməyə davam etmələrinin və şəxsi təhlükəsizliklərini təmin etmək üçün lazımi tədbirlərin görülməsinin vacibliyini qeyd edərək.
Gununsesi.info