
Bakıda silsilə oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbaut xidmətindən Gununsesi.info -ya verilən xəbərə görə, Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda Binə və Buzovna qəsəbələri ərazisində 7 evdən ümumilikdə 1600 manata yaxın pul, 3 ədəd mobil telefon, 2000 manat dəyərində avtomobil ehtiyat hissəsi, 3 ədəd velosiped, dəyəri 700 manatdan çox olan elektrik naqili, həmçinin digər məişət əşyaları, inşaat materialları və təmir alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Vüqar Quliyev saxlanılıb.
Araşdırma aparılır.
Gununsesi.info