
“Yeni qanunun tətbiqi ilə bağlı bizim hər hansı bir qayğımız yoxdur. Bizim partiyamız illərin partiyasıdır. Ona görə də qanunun tələbinə uyğun olaraq 5 min üzvü reyestrə salmaq bizim üçün hər hansı çətinlik yaratmayacaq”.
Bunu Gununsesi.info-ya açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə yeni “Siyasi partiyalar haqqında” qanununun onların fəaliyyətinin davam etdirilməsinə maneçilik törədib-törətməməsi barədə suala cavabında deyib.
Partiya sədri deyib ki, onların üzv problemi yoxdur: “Bizim ölkənin bütün şəhər və rayonlarında strukturlarımız var. Təxminən 9 minə yaxın üzvümüz var. Ona görə də 5 min şəxsin vacibliyi barədə tələbdən qayğımız yoxdur”.
Mətləb Yaqublu
Gununsesi.info