Tanınmış iş adamı Ruhiyyə Əliyeva gənc xanəndə ilə görüşdü - FOTOLAR

“Bu gənc və gözəl qızımızı 3 ildir virtual tanıyıram. Fəal izləyicilərimdən biridir.
Canlı yayımlarımın birində məlahətli səsi ilə mahnı oxumuşdu. İstiqanlı, canayaxın danışığı, ürəyəyatan səsi ilə hər kəsin könlünü oxşamışdı”.

Gununsesi.info xəbər verir ki, bunu tanınmış iş adamı Ruhiyyə Əliyeva paylaşıb.

HTML tutorial

“Onunla dəfələrlə görüşmək üçün zaman ayırsam da, ertələmək məcburiyyətində qalmışdım. Ortaya pandemiyanın gərgin günləri, daha sonra Vətən Müharibəsi və ondan sonrakı həyəcanlı dönəmlər düşdü.
Ertələmələrimizə rəğmən, Ədilə davamlı mənə yazdı. Uğurlarını, işlərini paylaşdı. Görüşümüzü israrla gözlədi.

Nəhayət, qismət bu günə imiş. Bu illər ərzində uğurları kimi Ədilə özü də böyüyüb.
Zəhmətkeş və fədakar anası onu çox gözəl yetişdirib. Həm onu, həm də anasını tanımağımdan çox məmnun oldum.

Ədilənin ən böyük arzusu geniş konsert salonlarında çıxış etmək, xaricdə Azərbaycan musiqisini təbliğ etməkdir.
Bu ülvi arzusunu həyata keçirməsi üçün daim onun yanında olacam!

Yolun açıq olsun, gözəl balam!”

Gununsesi.info