İstefa verən polkovnikin atası Prezident Administrasiyada bu yüksək vəzifəli şəxs imiş

Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi gömrük xidməti polkovniki Əliyev Fərid Əlibaba oğlu ərizə yazaraq vəzifəsindən ayrılıb.

Gununsesi.info xəbər verir ki, vəzifəsindən istefa verən Fərid Əliyev yüksək vəzifəli şəxsin oğludur. Belə ki F.Əliyevin atası Əlibaba Əliyev Sabunçu Rayonu İcra hakimiyətinin keçmiş başçısıdır. O, hazırda Prezident Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində sektor müdiri vəzifəsində çalışır.

HTML tutorial

F. Əliyev bu vəzifəyə 2018-ci ildə təyin olunmuşdu. Onun 36 yaşı var.

Gununsesi.info