AKP-li deputatın çıxışına görə Türkiyə səfiri Almaniya XİN-nə çağırıldı

  • By admin
  • 17 Yanvar 2023 11:44

AKP Nevşehir millət vəkili Mustafa Açıkgözün Almaniyada etdiyi çıxış rəsmi Berlinlə Ankara arasında gərginlik yaradıb.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, deputat  Almaniyada türk təşkilatlarlndan birinin tədbirində Avropada   yaşayan  və terrorçu hesab etdikləri şəxslər haqqında “Onları gizləndikləri yerlərdən çıxarıb məhv edəcəyik” deyib.

HTML tutorial

Qeyd edək ki, bu çıxşında FETÖ tərəfdarlarını nəzərdə tutub.

Onun bu çıxışından sonra  Almaniya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Almaniya Xarici İşlər Nazirliyi rəsmi Twitter hesabında paylaşdığı mesajda “Türk millət vəkillərinin görüntüləri təkrarlanmamalıdır. Almaniyada nifrət nitqinə yer yoxdur”.

Açıqlamada Türkiyənin Berlindəki səfirinin sözügedən görüntülərlə bağlı Xarici İşlər Nazirliyinə çağırıldığı da bildirilib.

Bəyanatda qeyd olunub ki, xarici ölkələrin seçki kampaniyaları ilə bağlı tədbirlər Almaniyanın hakimiyyət orqanları tərəfindən əvvəlcədən razılaşdırılmalıdır.

 

Tərcümə:

Mais