Orban: “Ukraynaya yardım Aİ-nin dağılmasına gətirib çıxarır”

  • By admin
  • 31 May 2024 16:42

Macarıstanın baş naziri Viktor Orban NATO və Aİ-nin Ukrayna ilə bağlı planlarına qarşıdır.

Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi xəbərə görə, Macarıstanın baş naziri Viktor Orban NATO-nun Ukraynanın Rusiyadakı hədəflərə zərbə endirmək üçün Qərb silahlarından istifadə etməsinə imkan verəcək təkliflərinə qarşı çıxıb və belə planların Avropanı “məhv olmağa daha da yaxınlaşdırdığını” iddia edib.

Macarıstan radiosuna verdiyi açıqlamada Orban Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun göndərməkdən imtina etməyəcəyinə dair açıqlamasına və Kiyevin Rusiyadakı hərbi bazalarını qabaqcıl uzaq mənzilli silahlarla vurmasına imkan verən NATO təklifinə də toxunub.

ABŞ və AB liderlərini müharibəyə təhrik etməkdə günahlandıran Orban, “Müharibə daim ac bir heyvandır və onu pulla doyurmaq lazımdır. Mən görürəm ki, amerikalılar, ABŞ-ın Demokratik hökuməti və Avropa İttifaqının liderləri bunu yetişdirməyə hazırdırlar”.

Günay Mahirqızı

Gununsesi.info