Avqust pensiyaları ödənildi

Bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə avqust ayının pensiyaları ödənilib.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.

Bildirilib ki, yaxın günlərdə isə respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları ödəniləcək.

Gununsesi.info