22 gün işgəncə görən, ermənilərin verdiyi çörəkdən imtina edən, bədənində 72 yara ilə şəhid olan qəhrəman

Azərbaycanda 1988-ci ildən başlanan erməni işğalı ilə bağlı çoxsaylı kitablar, məqalələr, oçerklər yazılıb, verilişlər, sənədli və bədii filmlər çəkilib. Minlərlə çıxışlar edilib və çox təəssüf ki, bunların böyük hissəsində azərbaycanlılara qarşı haqqsızılıq edilib. Bəziləri hətta irəli gedərək, qorxaq və ağlağan əsir əsgər və girov dinc sakinlər obrazı yaratmağa çalışılar. Lakin faktlar göstərir ki, əsir düşmüş hərbiçilərlə yanaşı, dinc sakinlər erməni işgəncələrinə nəinki dözmüş, mərdliyi və qorxmazlığı ilə onları qorxuya salmışlar. Bu igidliyi görən ermənilər onları amansız qətl etsələr də, bu şəxslərin düşmən əlində yenə başı uca olduqlarını göstərir. Natiq Qasımov kimi, müharibə dövründə yüzlərlə belə qəhrəmanımız olub. Onlardan biri də ermənilərin ağır işgəncələr verməsinə baxmayaraq başını və Vətənini uca tutan Fərhad Atakişiyevdir.

Fərhad Atakişiyev 1970-ci il iyulun 3-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində anadan olub.

Tələbə olmasına baxmayaraq, 1991-ci ilin oktyabr ayının 10-da Şıxov könüllülər batalyonuna yazılmışdır. Özünümüdafiə dəstəsinin bələdçisi olub.

1991-ci il dekabrın 26-da Kərkicahan yaxınlığında könüllü dəstənin ermənilərlə döyüşü başlanır. Səkkiz saat davam edən şiddətli döyüşdən sonra əlavə qüvvə gəlmədiyi üçün özünümüdafiə dəstəsi və Kərkicahan qəsəbəsi mühasirə altına düşür. 22 nəfərdən ibarət könüllülər dəstəsi son mövqelərini dəyişmədən vuruşur və 13 nəfər itki versə də, qəsəbə sakinlərinin mühasirədən çıxmasına nail olur.

Lakin döyüş davam edib, silah-sursatları olmayan Fərhad və dostlarını ermənilər əl qumbarası ataraq yaralayaraq əsir götürür. 1991-ci ilin dekabr ayının 27-dən 28-ə keçən gecə, qeyri-bərabər döyüşdə, döyüşdükləri evin partladılması nəticəsində 8 könüllü əsgərlər ilə birlikdə mühasiyərə düşüb, başından və dizindən yaralı, huşunu itirmiş vəziyyətdə əsir götürülüb.

Özünə gələn Fərhad həbsxanada kamerasında saxlanılıb, erməni ona çörək gətirib. Fərhad ona deyib ki, çörəyini də götür, rədd ol burdan. Mən sizin çörəyinizi dilimə vurmaram. Bütün əsir düşənlərə “Qarabağ ermənistandır” dedizdirib kameraya çəkmək niyyətilə ermənilər həbsxana otaqlarına daxil olurlar.

Deyiblər ki, “səni televiziyaya çıxarırıq de ki, Qarabağ Ermənistanındır”.

Deyib ki, “qulağınızın ardını görərsiniz. Mən ölsəm də, məndən qeyrətli oğullar alacaq bu torpağı. Çünki Qarabağ Azərbaycanındır”.

Onu döyüb sonra digərləri ilə üzləşdirmək üçün başqa kameralara aparırlar. Onun döyüş yoldaşlarını göstərib bu kimdir, deyə soruşublar.

Fərhad ağrıdan əziyyət çəksə də “Məni tikə-tikə doğrasanız da, bir söz demərəm” cavabını verir.

Erməni əsgərlərindən biri ona yaxınlaşıb əli ilə onun yarasını sıxaraq soruşur:

– Qarabağ kimindir, Kərkicahan kimindir?

Fərhad ağrıdan qışqıraraq “Qarabağ bizimdir, bizim də olacaq!” deyir…

Ermənilər Fərhadı özlərinə ram edə bilmirdi. Fərhad onların dediklərinə əks cavab verdiyinə görə ona lap çox işgəncə verirdilər.

Düz 22 gün dilinə ermənilərin verdiyi yeməyi vurmayaraq, ayaqda qalan, bütün işgəncələrə dözən Fərhadın hər gün bədənin iti alətlə deşib “Qarabağ Ermənistandır” sözünü ala bilməyən ermənilər “Qarabağ Azərbaycanındır”, “Kərkicahan mənim doğma torpağımdır” deyən 21 yaşlı Azərbaycan əsgərinin iradəsi qarşısında şok keçirirdilər. Bu qədər ağrıya dözə bilən insanı sağ saxlamaq ermənilər özləri üçün təhlükə hesab edirdilər. Fərhadın qollarına, ayaqlarına, boynuna resorla (avtomobil hissəsi) çırparaq vəhşicəsinə öldürürlər.

1992-ci il yanvarın 28-də Fərhadın nəşi qarşı tərəfdən alınaraq müayinə olunmaq üçün Ağdam rayonu Mərkəzi Xəstəxanasına gətirilir. Müayinə zamanı məhkəmə tibbi ekspertizası tərəfindən onun bədənində, hər biri ayrı-ayrılıqda insan ölümünə səbəb ola biləcək 72 müxtəlif işgəncə növü aşkarlanır.

1992-ci il yanvarın 28-də nəşi alınan Fərhad Atakişiyev Ağcabədi rayon Üzeyir qəbiristanlığında dəfn edilib. O, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Kərkicahan daha azaddır. Hesab edirəm Fərhad Atakişiyevin büstü orda qoyulub, adına küçə verilməlidir. Məktəb onun adını daşımalıdır.

Zaur Əliyev, dosent

Gununsesi.info