Jurnalistləri Qoruma Komitəsinin (Committee to Protect Journalists) hesabatına görə, 1992-ci ildən 2019-cu ilə kimi 1906 jurnalist peşə fəaliyyətini yerinə yetirərkən və ya müəllifi olduğu xəbərə görə öldürülüb.
Gununsesi.org xəbər verir ki, 2019-cu ildə ən çox jurnalistin öldürüldüyü ölkələr Suriya və Meksika olub.
Ötən il öldürülən 50 jurnalistdən az qismi silahlı münaqişələrin olduğu bölgələrdə qeydə alınıb.Sui-qəsdə qurban gedən jurnalistlərin sayında isə azalma müşahidə olunub. 10 jurnalist sui-qəsd nəticəsində öldürülüb ki, bu da 1992-ci ildən bəri ən aşağı göstəricidir.
Ümumiyyətlə, jurnalistlərə qarşı cinayətlərdə 2015-ci ildən etibarən azalma müşahidə olunur.
Ən çox jurnalistin həyatını itirdiyi il İraq və Suriyada müharibənin qızışdığı 2006-cı il olub. Həmin il 155 nəfər öldürülüb.
Ən çox jurnalistin həbs olunduğu ölkə isə Çindir. 2019-cu ildə Çin həbsxanalarında ən az 48 jurnalistin olduğu qeydə alınıb.
Çindən sonra ən çox jurnalistin həbs olunduğu ölkələr Türkiyə, Səudiyyə Ərəbistanı və Misirdir.
COMMENTS