Azərbaycan-İtaliya Gənclər Assosasiyasının (AİGA) həmsədri Emin Rüstəmovun deputatlığa namizədliyi qeydə alınıb.
Gununsesi.org-un məlumatına görə, bu barədə sosial şəbəkə hesabında məlumat verən Emin Rüstəmov prosesə gec başladığını da bildirib:
“Prosesə gec başladığım üçün bəlkə də ən gec qeydə alınan namizədlərdən biri də mənəm. 9 Fevral tarixinə təyin olunmuş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputatlığa namizədliyim qeydə alınıb”.
Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.
COMMENTS