
Türkiyə prezidentinin köməkçisi Fuad Oktay Türkiyə Böyük Millət Məclisinin iclasında Qarabağ məsələsinə toxunub.
Gununsesi.org-un məlumatına görə, “Anadolu” agentliyi xəbər verir ki, o, Qarabağla əlaqəli mövqeyinə görə Fransanı qınayıb.
“Fransanı müstəqil bir dövlətin ərazisi olan Qarabağı erməni işğalçılarına peşkəş çəkməyə çalışdığına görə qəti şəkildə qınayıram”, – deyə Oktay bildirib.