
Sakit Okeanın Fici sahilləri yaxınlığında zəlzələ qeydə alınıb.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.
Məlumata əsasən, 5,5 bal gücündə olan zəlzələnin episentri ölkənin paytaxtı Suva şəhərindən 449 km şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə olub.
Mümkün dağıntılar və sunami təhlükəsi barədə məlumat verilməyib.
Gununsesi.info