Türk əsgərlər qəzaya uğradı: Yaralananlar var

  • By turana
  • 07 Dekabr 2020 20:22

Türkiyənin Malatya şəhərinin Doğanyol mahalında hərbi maşın qəzaya uğrayıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

Hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub. Hadisə nəticəsində beş əsgər yaralanıb.

Yaralıların vəziyyətinin yaxşı olduğu qeyd olunur.

 

Gununsesi.info