Məşhur vəkil Fikrət Məmmədovdan vəzifə istədi – XANKƏNDİNDƏ

  • By turana
  • 07 Dekabr 2020 22:39

Azərbaycanın tanınmış vəkillərindən biri olan Bəhruz Bayramov ədliyyə naziri Fikrət Məmmədovun onu Xankəndində işlə təmin etməsini xahiş edib:

Hörmətli Ədliyyə naziri cənab Fikrət Məmmədov! Sizlərin qərarına əsasən Qarabağ Regional ərazi idarəsi yaradılıb. Təqdirəlayiq haldı, bu qərarı alqışlayıram.

Sizdən xahiş edirəm ki, məni Xankəndində notariat kontoruna, icra və probasiya şöbəsinə hər hansı bir vəzifəyə təyin edəsiniz.

3-4 günə işə başlamağa hazıram. Həmin qərara əsasən Xankəndi Ağdərə və digər rayonlara bu idarə nəzarət edəcək”.

Gununsesi.info