Vahid Əhmədovdan deputatların ittihamlarına sərt reaksiya - MƏNƏ QARŞI ÇIXIŞLARA KİMİN GÖSTƏRİŞ VERDİYİNİ BİLİRƏM

Milli Məclisin tanınmış deputatı Vahid Əhmədov parlamentin bu gün keçirilən iclasında həmkarlarının ittihamlarına məruz qalıb.

Qeyd edək ki, blogger Mehman Hüseynova müsahibəsində Vahid Əhmədov korrupsiyadan danışıb.

HTML tutorial

Onun bu dediklərinə isə həmkarları sərt reaksiya verib.

Gununsesi.info-nun xəbərinə görə, Vahid Əhmədov özünə qarşı kampaniya aparıldığını deyib:

“Birincisi, mən uzun müddətdir Milli Məclisdə təmsil olunan və müxtəlif illərdə vəzifələrdə çalışan şəxs kimi həmişə dövlətin yanında olmuşam, dövlətin mövqeyini müdafiə etmişəm, yenə də müdafiə edirəm. Mənə qarşı çıxışlara kim göstəriş verib, onu da bilirəm. Burada Fəzail Ağamalı təklif etdi ki, məsələyə İntizam Komissiyasında baxılsın. Etiraz etmirəm, baxılsın. Mən orda da bütün suallara cavab verməyə hazıram. Millətim də görər ki, mən orda dövlətin, millətin yanında olan insanam”.

Ardınca V.Əhmədov bu müzakirələrin düzgün olmadığını bildirib. Spiker Sahibə Qafarova “Vahid müəllim, o sizin öz fikrinizdir, burda deputatlar çıxışa yazılıblar, mən söz verməliyəm”-deyib, reaksiya verib.

Şəbnəm
Gununsesi.info