Misir Ukraynadakı vəziyyətə görə 130 milyard itirdi

  • By admin
  • 15 May 2022 20:29

Ukraynadakı vəziyyətlə əlaqədar Misir iqtisadiyyatı 130 milyard Misir funtu (təxminən 7 milyard ABŞ dolları) itirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Misirin Baş naziri Mustafa Madbouli deyib.

Baş nazir bildirib ki, Rusiya-Ukrayna böhranı başlamazdan əvvəl Misirə bütün taxıl tədarükünün 42 faizi Rusiya və Ukraynadan gətirilib və gələn turistlərin 31 faizi də bu iki ölkənin sakinləri olub:

“Qahirə dərhal digər taxıl tədarükçüləri axtarmağa başlayıb və həmçinin digər ölkələrdən turistləri cəlb etməyə çalışır”.

Gununsesi.info