İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunu ölümlə hədələyən şübhəli T.G. polis tərəfindən saxlanılıb.
Gununsesi.org “Anadolu” agentliyinə istinadən xəbər verir ki, martın 27-də İmamoğluna “qanını axıdıb sənə içirərəm” deyə şantaj məktubu yollayan şəxs kibercinayətkarlıqla mübarziə idarəsinin əməliyyat-axtarış tədbirləri nəticəsində ələ keçirilib.
Onun bütün rəqəmsal əşyaları polis tərəfindən götürülüb. Ankara sakini olan T.G. İstanbula aparılacaq.
Gununsesi.org
COMMENTS