PSJ Edinson Kavanini 10 milyon avroya satmayıb

PSJ Edinson Kavanini 10 milyon avroya satmayıb

Fransanın PSJ klubu uruqvaylı hücumçusu Edinson Kavanini satmaqdan imtina edib.

Gununsesi.org-un məlumatına görə, parislilər İspaniya “Atletiko”sunun təklifi ilə razılaşmayıb.

Madrid klubu təcrübəli forvard üçün 10 milyon avro təklif edib. Bu isə PSJ rəhbərliyini qane etməyib. Həm də fransalılar Kavaniyə Çempionlar Liqasının pley-off oyunlarında güvənmək fikrindədirlər.

32 yaşlı cənubi amerikalının müqaviləsi bu ilin yayında başa çatacaq. Əgər PSJ qışda onu satmasa, futbolçu azad agent kimi klubdan ayrıla biləcək.

Qeyd edək ki, Edinson 2013-cü ilin yayından PSJ-nin formasını geyinir.

 

Gununsesi.org

COMMENTS