
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.
Gununsesi.info xəbər verir ki, bu barədə Vladimir Zelenski “Twitter”də paylaşım edib.
Vladimir Zelenski türkiyəli həmkarına ukraynalı uşaqlara dəstəyə və Türkiyənin Ukraynaya yüzlərlə generator verməsinə görə təşəkkürünü çatdırıb.
Vladimir Zelenski Ankaranın Kiyevin “GrainFromUkraine” təşəbbüsünü dəstəklədiyini qeyd edib.
Telefon danışığı zamanı taxıl dəhlizi ilə bağlı məsələlər də müzakirə olunub.
Gununsesi.info