Zelenski Saakaşviliyə yüksək vəzifə təklif etdi

Zelenski Saakaşviliyə yüksək vəzifə təklif etdi

Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşviliyə Baş Nazirin islahatlar üzrə müavini vəzifəsini təklif edib.

Gununsesi.org xəbər verir ki, bu barədə Saakaşvili öz feysbuk hesabında açıqlama yayıb.

“Prezident Zelenskidən Baş Nazirin islahatlar üzrə müavini vəzifəsinə təyin olunmaq təklifini almaq mənim üçün böyük şərəfdir”, – deyə o, bildirib.

 Eks-Prezident ölkəni gələcəkdə çox çətin bir dövr gözlədiyini və buna görə təklifə böyük məsuliyyətlə yanaşdığını söyləyib.

“Ümid edirəm ki, komandanın etibarlı üzvü olacağam. Ölkənin nüfuzunu və beynəlxalq aləmdə inteqrasiyasını gücləndirməklə Ukrayna xalqı üçün faydalı olmağa çalışacam”, – deyə siyasətçi sözlərinə əlavə edib.

Xatırladaq ki, daha əvvəl Saskaşvili Ukraynanın Odessa vilayətinin qubernatoru vəzifəsində də çalışıb.

Gununsesi.org

COMMENTS