Bakıda bir gündə beş nəfər yoxa çıxdı:

Bakıda bir gündə beş nəfər yoxa çıxdı:

Ötən gün ərzində paytaxtda xidmət aparan Daxili İşlər Nazirliyinin əməkdaşları itkin düşmüş şəxslərlə bağlı beş fakt qeydə alıb.

Gununsesi.org xəbər verir ki, bu barədə “oxu.az”a hüquq-mühafizə orqanlarından məlumat verilib.

İtkin düşən altı şəxsdən ikisi azyaşlı – Nurlan (2009-cu il təvəllüdlü) və Ömər Şərifov (2014-cü il təvəllüdlü) qardaşdır. Onlar aprelin 20-də Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində yoxa çıxıblar. Polis idarəsinə uşaqların itkin düşməsi ilə bağlı məlumat aprelin 21-də daxil olub. Xoşbəxtlikdən elə həmin gün azyaşlılar Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tapılaraq, sağ-salamat ailələrinə təhvil verilib.

Qeyd edək ki, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində aprelin 21-də Dadaşova Səkinə Qalib qızı (1997-ci il təvəllüdlü) itkin düşüb. O, saat 15:00 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. İtkin düşən şəxsi Binəqədi rayonu 4-cü Polis Bölməsinin əməkdaşları axtarır.

Gununsesi.org

COMMENTS