Rusiya və Səudiyyə Ərəbistanı arasında gedən neftin qiyməti müharibəsi zamanı Avropa ölkələri ərəb krallığını seçiblər.
Gununsesi.org xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Polşa aprel ayında Rusiya neftinin dəniz yolu ilə daşınmasından imtina edib. Bunun əvəzində rekord miqdarda – 560 min ton Səudiyyə Ərəbistanına məxsus “Arab Light” neftini alıb.
Ekspertlərin fikrincə, may ayında Səudiyyə Ərəbistanından Qdansk vasitəsilə tədarüklər eyni səviyyədə qalacaq. Buna görə Rusiya çox güman ki, yalnız uzunmüddətli müqavilələrin bağlandığı boru kəmərləri ilə tədarüklərə malik olacaq.
Aprel ayında Rusiya neftinin ənənəvi alıcıları olan İtaliya, Türkiyə, Yunanıstan və Fransa da Səudiyyə neftindən tədarükü artırıblar.
COMMENTS