Zelenski Rusiyanın 3 Su-34 bombardmançısının vurulduğunu AÇIQLADI

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna ordusu Rusiya Hərbi Hava Qüvvələrinə məxsus üç Su-34 bombardmançı təyyarəsini vurub.

Gununsesi.info xəbər verir ki, Ukrayna liderinin sözlərinə görə, Xerson vilayətində cənub istiqamətində üç Su-34 vurulub.

Ukrayna prezidenti söz verib ki, hücumların heç biri “cəzasız qalmayacaq”.

Gununsesi.info