Seçicilərə məlumatların verilməsi formaları təsdiqləndi

Azərbaycanda 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisi ilə əlaqədar seçicilərə məlumatların verilməsi formaları təsdiqlənib.

 

Gununsesi.info xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qərar qəbul edilib.

 

Komissiya sədrinin müavini Rövzət Qasımov qeyd edib ki, seçki ilə bağlı seçicilərin ən çox adət etdiyi məlumatlandırma metodu bildiriş vərəqələridir:

 

“Seçicilərin məlumatlandırılması ilə əlaqədar müvafiq sənədlərdə seçicinin adı, soyadı, atasının adı, seçki günü, yeri, səs verəcəyi məntəqə qeyd edilir. Seçkilər haqqında bildirişlər respublikadakı seçicilərin 3 faizi həcmində dərc edilir. Bildirişlər 6 milyon 524 min 203 müəyyən olunmuş mətbəə üsulu ilə hazırlanacaq”.

 

 

Gununsesi.info