Zelenski ölkəsinin şəhid sayını açıqladı

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə danışıqların Yerusəlimdə keçirilməsini təklif edib.

Gununsesi.info-nun xəbərinə görə, Kiyevdə xarici jurnalistlər üçün açıqlamasında o, İsrail Baş naziri Naftali Bennetə Rusiya ilə görüşün Qüdsdə keçirilməsi ilə bağlı təklif verdiyini söyləyib.

Zelenski NATO ölkələrində Ukrayna naminə birləşmək cəsarəti görmədiyini də vurğulayıb.

O, həmçinin, döyüşlər başladığı gündən indiyə qədər Ukrayna Ordusunun 1300 hərbçisini itirdiyini açıqlayıb.

Gununsesi.info