
Yaxın saatlarda Fransa Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər.
Gununsesi.info xəbər verir ki, bu barədə Yelisey sarayının rəsmilərindən biri məlumat verib.
“Vladimir Putin müharibəni dayandırmaq istəmədiyini göstərdi. Ona görə də yaxın saatlarda biz yeni sanksiyalar qəbul edəcəyik”, – Yelisey rəsmisi bildirib.
Qeyd edək ki, bu gün Vladimir Putin, Emmanuel Makron və Olaf Şolts arasında telefon danışığı olub.
Gununsesi.info