Çerniqovda əks-hücum əməliyyatı - Rus ordusu geri çəkildi

Ukrayna qüvvələrinin “Şimal” əməliyyat komandanlığının son məlumatlarında bildirilir ki, martın 12-də Çerniqov vilayətində əks-hücum həyata keçirilib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə rus qoşunları iki yaşayış məntəqəsindən çıxarılıb.

Bundan əlavə, işğalçıların Kiyev istiqamətində irəliləmək üçün panton körpü salmaq cəhdinin qarşısı alınıb. Ukrayna döyüşçüləri 10-dan artıq hərbi texnikanı qənimət götürüblər.

Məlumatda deyilir ki, işğalçı qoşunların şəxsi heyəti ruhdan düşüb və fəal döyüş əməliyyatları aparmaq iqtidarında deyil.

Nikolayev vilayətində isə Ukrayna qüvvələri Rusiya hərbçilərini mühasirəyə salıb.  Baştan rayonunda panton-bərənin məhv edilməsi nəticəsində ruslar iki şosse yolu arasında sıxışıb qalıblar. Onların mövqelərinə artilleriya zərbələrinin endirildiyi deyilir.

Gununsesi.info