Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi keçiriləcək - QIZINDAN AÇIQLAMA

  • By admin
  • 12 Mart 2022 00:33

Bu gün vəfat edən  Azərbaycan yazıçısı, nasir, dramaturq, ssenarist, prodüser və kinorejissor Rüstəm İbrahimbəyovla Moskvada vida mərasimi keçiriləcək. 

Bu barədə Gununsesi.info-ya açıqlamasında onun qızı Fatimə İbrahimbəyova deyib.

Onun sözlərinə görə,  martın 13 -də Rusiyanın Kinemotoqrafçılar İttifaqında Rüstəm İbrahimbəyovla vida görüşü olacaq: “Bundan sonra dəfn olunmaq üçün Bakıya gətiriləcək. Azərbaycanda da belə bir mərasim olacaq”.

Gununsesi.info