Rusiyaya qarşı sanksiyalar Ukraynada münaqişə başa çatana qədər qüvvədə qalacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Avropa Parlamentinin Strasburqda keçirilən iclasında bildirib.
“Rusiya müharibəni dayandırmayana qədər heç bir sanksiyanı ləğv etməyəcəyik”, – Avropa Komissiyasının Prezidenti vurğulayıb.
O, həmçinin, bildirib ki, Avropa Komissiyası Rusiya qazının alışına qayıtmağı istisna edir. Bunun səbəbi isə Rusiyanın “istənilən an qazdan silah kimi istifadə edə biləcəyi” qənaətidir.











