
Türkiyə Prezidenti Recep Tayyip Erdoğan xaricdən gətirilən mobil telefonların qeydiyyatı üçün tələb olunan rüsumun 20 min lirəyə (1300 manat) qaldırılmasına qərar verib.
Gununsesi.info xəbər verir ki, bu qərar bu gündən qüvvəyə minir.
Prezident qərarından əvvəl bu rüsum 6 min TL (396 manat) idi. 2022-ci ilin sonuna qədər rüsum 2 min 732 lirəyədək (172 manat) artmışdı. Beləliklə, IMEI qeydiyyatı rüsumu son 7 ayda 7,3 dəfə artıb.
Bu gün Prezident Erdoğanın verdiyi qərarla isə bu rüsum son 6 ildə 134 dəfə artırılmış olur.
Erdoğanın başqa bir qərarı ilə mebel, ev əşyaları, elektron məhsul, avtomobil, siqaret və spirtli içki kimi bir çox kateqoriya məhsullara tətbiq olunan əlavə dəyər vergisi (ƏDV) 18 faizdən 20 faizə, qida və içki, o cümlədən yuyucu vasitələr, sabun, tualet kağızı, salfetlər, uşaq bezləri kimi əsas tələbat mallarına tətbiq edilən ƏDV isə 8 faizdən 10 faizə qaldırılıb.
Əsas ərzaq məhsulları üzrə ƏDV ötən il 8 faizdən 1 faizə endirilib. Bu məhsullara görə vergi artımı olmayacaq.
Gununsesi.info