“Monako”nun futbolçusu Sesk Fabreqas “Barselona”nın kapitanı Lionel Messi haqqında fikirlərini bölüşüb.
Gununsesi.org qol.az-a istinadən xəbər verir ki, o, 32 yaşlı hücumçunun hələ uzun müddət oynaya biləcəyini deyib: “Messi sərt futbolçudur. Özünü meydanda görsə, oynamağa davam edəcək. Bu səviyyə ilə 40 yaşına qədər çıxış edə bilər”.
Qeyd edək ki, L.Messi bu il karyerasında 6-cı dəfə “Qızıl top”a layiq görülüb.
COMMENTS