
Yevlaxda 33 yaşlı həkim-stomatoloq Nicat Əjdərli intihar edib.
Gununsesi.info xəbər verir ki, mərhumun əmisi oğlu Elvin Əjdərli Nicat Əjdərlinin intiharına səbəb iş yerindən polis idarəsinə aparılması olub:
“Dünən polislər gəlib, əmim oğlunu iş yerindən iş yoldaşlarının və pasiyentlərinin yanında “narkomansan” deyib aparıblar. Bu, onun qüruruna toxunub. İntiharına səbəb də budur. Yevlax rayon polis idarəsində 4 saat saxlanılıb. Oradan çıxandan yarım saat sonra, saat 18:00 radələrində kabinetində özünü məftillə asaraq intihar edib. Artıq bir neçə dəfə onu bu cür ittiham ediblər. Əmim oğlunun narkotiklə heç bir əlaqəsi yoxdur. O, rayonda sayıb-seçilən hörmətli insanlardan biri idi”.
Gununsesi.info