
Söyüdlü qızıl yatağında 112.5 ton resurs, Vejnəlidə 6.5 ton, 10.75 ton qızıl, 4 min tona yaxın mis olub. Dəmirli mis yatağında 457 min ton mis olub. Qızılbulaq yatağında isə 13.7 ton qızılımız olub. Amma işğalçı rejim tərəfindən istismar edilmiş həcm haqqında konkret rəqəm deməyimiz doğru olmaz.
Gununsesi.info xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, hazırda bu rəqəmlər hesablanma mərhələsindədir.
Gununsesi.info