“Mədən vergi ödəyicilərinin sayı artıb” - Agentlik sədri

Son iki ildə mədən vergi ödəyicilərinin sayı xeyli artıb.

Gununsesi.info xəbər verir ki, bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə heyətinin sədr müavini Elçin Məcidov Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında deyib.

HTML tutorial

O bildirib ki, qurumun son illərdəki əsas işlərindən biri dağ mədən sənayesində rəqabət mühitinin formalaşmasına yönəlib. Biz ölkədə məsuliyyətli istismarçı modelini yaratmaq istəyirik.

Gununsesi.info