
İmişli rayonu Aranlı kənd məktəbində görüş
Yanvarın 12-də elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov, nazirlik yanında İctimai Şuranın sədri Günel Səfərova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin nümayəndələri İmişli rayonu Aranlı kənd 1 nömrəli tam orta məktəbində olublar. Gununsesi.info bildirir ki, bu barədə adıçəkilən nazirliyin mətbuat katibi Cəsarət Valehov deyib.
Onun sözlərinə görə, məktəbdə mövcud şəraitlə yaxından tanış olan qonaqlar məktəb kollektivi və valideynlərlə görüşüb, onlarla səmimi söhbət aparıblar.
Mətləb
Gununsesi.info