Apple yeni və tam fərqli modeli nə vaxt satışa çıxaracaq?

Apple hələ də qatlana bilən “iPhone”ların satışına o dərəcədə həvəsli deyil.

Gununsesi.info xəbər verir ki, dünyanın məşhur texnologiya şirkəti Apple indiyədək qatlanan “iPhone” modelini yaratmağa istəkli olmasa da, artıq bu məsələ ilə bağlı Çinin ekran istehsalçısı olan BOE ilə təmasa girib.

HTML tutorial

Məlumata görə, Apple Çindəki Foxconn müəssisələrində 2 fərqli qatlana bilən ekran prototipini sınaqdan keçirib.

Hələlik yeni iPhone modellərinin dizaynı ilə bağlı önəmli məlumat yoxdur.

İstifadəçiləri maraqlandıran yeganə şey “Apple” şirkətinin ilk qatlanan ekranlı telefonunun nə vaxt təqdim olunmasıdır.

Bu sınaqların qısa müddətdə başa çatdırılması və qatlanan ekranlı ilk “Apple” loqolu telefonun 2024-cü ildə satışa çıxarılması nəzərdə tutulur.

Gununsesi.info