Yaponiyada qorxulu anlar: - Sınaq zamanı raket mühərriki partladı

Partlayış Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) tərəfindən hazırlanmış Epsilon S raketinin mühərrik sınağı zamanı baş verən yanğından sonra baş verib.

Gununsesi.infoxarici mediaya istinadən xəbər verir ki,  JAXA-nın verdiyi məlumata görə, yerli vaxtla saat 08.30-da Kaqoşima əyalətindəki Taneqaşima Kosmos Mərkəzində ikinci mərhələ mühərrikinin yer sınağının 49-cu saniyəsində naməlum səbəbdən yanğın baş verib.

Yanğından dərhal sonra partlayış baş versə də, xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Hadisə ilə bağlı ətraflı araşdırmalara başlanılıb.

JAXA tərəfindən 2007-ci ildə buraxılış raketi olaraq hazırlanmağa başlayan Epsilon seriyalı raketlərin texnologiyanın köməyi ilə işçi qüvvəsini və atma xərclərini azaltmaq üçün nəzərdə tutulduğu bildirilir.

Orxan Saffari

Gununsesi.info