Polşa Prezidenti İrəvandadı

  • By Günel
  • 25 Noyabr 2024 20:56

Polşa Prezidenti Anjey Duda Ermənistanda rəsmi səfərdədir.

Gununsesi.info xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.

Qeyd edilib ki, Prezident və xanımı Aqata Kornhauzer-Duda noyabrın 25-dən 27-dək Ermənistanda rəsmi səfərdə olacaq.

Onun Ermənistan Prezidenti Vaaqn Xaçaturyan, Baş nazir Nikol Paşinyan və parlamentin spikeri Alen Simonyanla görüşlər keçirəcəyi bildirilib. Görüşlərin ardınca prezidentlər birgə mətbuat konfransı keçirəcəklər.

Gununsesi.info