Oğuzda şabalıdın məhsuldarlığı aşağı düşüb, qiymətlər xeyli artıb

  • By Günel
  • 25 Noyabr 2024 21:15

Oğuz rayonunda şabalıdın məhsuldarlığının aşağı düşməsi qiymətlərin artmasına səbəb olub.

Gununsesi.info -nun “Report” a istinadən məlumatına görə, hazırda bazarda şabalıdın 1 kiloqramının qiymətində 5-6 manat artım müşahidə olunur.

Satıcılar ötən illə müqayisədə 10 dəfə daha az məhsul satdıqlarını bildirir.

Məhsuldarlığın ildən-ilə aşağı düşməsi sakinləri də narahat edir. Belə ki, hər il qurumaqda davam edən bəzi şabalıd ağaclarından heç 1 kq da şabalıd yığmaq mümkün olmayıb. Bu da Oğuz bazarına kəndlərdən gündəlik gətirilən şabalıdın azalmasına gətirib çıxarıb.

Qeyd edək ki, hazırda Oğuz bazarında 1 kq şabalıdın qiyməti növündən asılı olaraq 6-15 manat arasında dəyişir.

Gununsesi.info