İstanbulda PKK əməliyyatı: - 14 şübhəli tutulub

İstanbul Respublika Prokurorluğu tərəfindən PKK/KCK terror təşkilatının fəaliyyətinin ifşası və gözlənilməz təhdid xarakterli zorakılıq hərəkətlərinin qarşısının alınması istiqamətində aparılan istintaq tədbirləri çərçivəsində 14 şübhəli tutulub.

Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, şübhəlilərdən 7-nin təşkilatın Suriya uzantısı olan PYD/YPG-də fəaliyyət göstərdiyi və təşkilat üzvlərinin Türkiyəyə gəldikdən sonra xaricə getmələrini koordinasiya etdikləri, digər 7-nin isə KCK/TDÖ olduğu müəyyən edilib.

Təsbit edilən 14 şübhəlinin tutulması üçün eyni vaxtda əməliyyat təşkil edilib. Əməliyyat nəticəsində şübhəlilərin hamısı tutularaq saxlanılıb.

Orxan Saffari

Gununsesi.info