
İranın BƏƏ-dəki səfirliyi ravvin Zvi Koqanın qətlində əli olması ilə bağlı ittihamları qəti şəkildə rədd edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “İRNA” agentliyi məlumat yayıb.
Qeyd edək ki, BƏƏ-də ravvin Zvi Koqanın öldürülməsindən sonra bir sıra KİV-lər qətldə İranı ittiham edib.
“Biz bu adamın öldürülməsində İranın əlinin olması ilə bağlı yayılan bütün iddiaları qəti şəkildə rədd edirik”, – deyə İranın BƏƏ-dəki səfirliyi vurğulayıb.
Xatırladaq ki, İsrail və Moldova vətəndaşlığı olan ravvin Zvi Koqa iki gün öncə BƏƏ-də qətlə yetirilib. İsrailin “Ynet” nəşri hücumun arxasında İranın dayandığını yazıb.