
Latviya prezidenti Edqards Rinkeviçs Rusiya taxılının idxalına birtərəfli qadağanın tətbiqinin tərəfdarıdır.
Gununsesi.info xəbər verir ki, o, bu barədə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, taxıl idxalı “Rusiya hərbi maşını”nı dəstəkləyir və Latviyanın kənd təsərrüfatına da təsir edir.
Rinkeviçsin fikrincə, Rusiya taxılı işğal olunmuş Ukrayna ərazilərindən oğurlana bilər. Onun sözlərinə görə, taxıl hibrid döyüşlərdə silah kimi də istifadə olunur.
Latviyanın baş naziri Evika Silina bir müddət əvvəl bildirib ki, ölkədə Rusiyadan taxıl idxalına qarşı müstəqil tədbirlər tətbiq etməyin mənası yoxdur, çünki birtərəfli qaydada qəbul edilən məhdudiyyətlər məqsədə çatmayacaq.
Əvvəllər bildirilmişdi ki, Latviya Seymi Rusiya və Belarusdan ölkəyə taxıl idxalının qadağan edilməsi təklifinə baxacaq.
Edqars Rinkeviçs qeyd edib ki, bu məsələ artıq Aİ səviyyəsində bir neçə dəfə müzakirə olunub. O, Avropa səviyyəsində dərhal qərar verməyə üstünlük verir, çünki bu, yalnız Latviya və ya Baltikyanı ölkələrin qərarıdırsa, Rusiya yenə də öz taxılını Avropa bazarına satmağın yollarını tapacaq.
Bundan əlavə, Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze Aİ-də Rusiyanın kənd təsərrüfatı məhsullarının Aİ-yə idxalına qadağa qoyulması ilə bağlı müzakirələrin təşəbbüskarı olub.
Gununsesi.info